ABŞ
Nyu-Yorkda erməni təcavüzünə qarşı aksiya
ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə mitinq keçiriblər.
Publika.az verir ki, aksiya Nyu-Yorkun Manhetten rayonunun mərkəzi küçələrindən birində baş tutub.
Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları təşkilatdan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə "dur" deməyi və ermənilərin Azərbaycanın tarixi torpaqlarında törətdiyi cinayətlərə benəlxalq hüquq müstəvisində cavab verilməsini tələb ediblər.
Nyu-York polisinin nəzarəti ilə keçirilən mitinqdə aksiyaçılar erməni yalanlarının əks olunduğu plakatlar nümayiş etdiriblər. Plakatlarda İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə və Bərdə şəhərlərində törədilən cinayətlər, Xocavəndin Edilli kəndində aşkar olunan kütləvi məzarlıq barəsində məlumatlar yer alıb.
Mitinq insidentsiz başa çatıb. (Report)
-
Nida Xəbər 18:00Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO





































