Beyden: "Ukrayna bütün lazımi yardımı alacaq"
Bizi izləyin

ABŞ

Beyden: "Ukrayna bütün lazımi yardımı alacaq"

ABŞ prezidenti Co Bayden Polşanın Almaniya istehsalı olan "Leopard" 2 tanklarını təhvil verməsini şərh edib.

Bu barədə Publika.az CNN-ə istinadla xəbər verir.

ABŞ prezidenti jurnalistin Polşanın Ukraynaya Almaniya istehsalı olan tanklar göndərmək niyyətini dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı sualını cavablandırarkən deyib: "Ukrayna bütün lazımi yardımı alacaq".

Qeyd edək ki, Ukraynanın müdafiəsi ilə bağlı səkkizinci görüş bu gün Almaniyanın Ramşteyn aviabazasında baş tutub. Müdafiə naziri Oleksiy Reznikov bəyan edib ki, hücum silahları və hava hücumundan müdafiə Ukrayna üçün prioritet olaraq qalır.

Lakin görüşün nəticələrinə görə, Ukraynaya alman istehsalı olan "Leopard" tanklarının verilməsi ilə bağlı birgə qərar qəbul edilməyib. Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyndə qərarın lehinə və əleyhinə səslərin olduğunu bildirib, eyni zamanda ölkənin tank ehtiyatlarını nəzərdən keçirəcəyinə söz verib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley bu il Ukraynaya mümkün qədər çox ərazini azad etməyə kömək edəcəyini bildirmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm