ABŞ
Milyarder: "Dünyanın ən pis hökumətlərindən biridir"
“Microsoft” şirkətinin həmtəsisçisi və amerikalı milyarder Bill Qeyts Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl Ukrayna hökumətini dünyanın ən pis hökumətlərindən biri adlandırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Avstraliya Lou İnstitutunda çıxışı zamanı bildirib.
"Müharibədən əvvəlki Ukrayna hökuməti dünyanın ən pis hökumətlərindən biridir" , - Qeyts bildirib.
O, həmçinin Ukrayna Nazirlər Kabinetini “korrupsioner və yalnız bir neçə varlı adam tərəfindən idarə olunan” kimi xarakterizə edib.
Qeyts Vladimir Zelenskini Ukrayna rəhbəri kimi necə qiymətləndirdiyi ilə bağlı suala cavab olaraq, bundan məmnun olduğunu və təsirləndiyini söyləyib.
“Zelenski ölkəni birləşdirə bildi. İnsanlar gözləmirdilər ki, Ukrayna uğur qazana biləcək", - iş adamı bildirib.
"Ukrayna münaqişəsi BMT-nin davamlı inkişaf məqsədlərinə vaxtında çatmaq şanslarını gecikdirəcək və azaldacaq. Münaqişə zamanı resurslar israf edilir və vəziyyət “inkişaf etməkdə olan ölkələrə”, ərzaq və gübrə qiymətlərinə böyük təsir göstərir ki, bu da böyük itkilərə səbəb ola bilər", - “Microsoft” rəhbəri bundan əvvəl verdiyi açıqlamada bildirib.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi































.jpg)

.jpg)