ABŞ
Ukraynanı əmin etdi: Nə qədər lazımdırsa, yanınızda olacağıq
ABŞ prezidenti Co Bayden ukraynalıları əmin edib ki, Amerika Rusiyanın davam edən təcavüzü fonunda onların ölkələrini “nə qədər lazımdırsa” dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Prezident Ukrayna səfiri Oksana Markarovanın iştirak etdiyi tədbirdə ona və ABŞ xalqına deyib: “Səfir, Amerika ölkənizə dəstəyimizdə həmrəydir. Nə qədər lazımdırsa, sizinlə olacağıq”.
“Bizim gücümüz təkcə gücümüzün nümunəsində deyil, nümunəmizin gücündədir. Nəzərə alaq ki, dünya bunu izləyir”, - Bayden Konqresə müraciətində deyib.
O xatırladıb ki, bir il əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı amansız müharibəyə başlayıb. Bayden bunu "İkinci Dünya Müharibəsi zamanı Avropanın məruz qaldığı ölüm və dağıntıların görüntülərini xatırladan qanlı hücum" adlandırıb.
"Putinin işğalı bütün zamanlar üçün bir sınaq idi - Amerika üçün bir sınaq. Dünya üçün bir sınaq”,- o deyib.
“Biz ən fundamental prinsipləri dəstəkləyəcəyik? Biz suverenliyi müdafiə edəcəyik? Xalqın zülmdən azad yaşamaq haqqını müdafiə edəcəyik? Biz demokratiya üçün ayağa qalxacağıq?” , - Bayden soruşub
Onun sözlərinə görə, bu cür müdafiə vacibdir, çünki o, sülhü və potensial təcavüzkarları ABŞ-ın təhlükəsizliyini və rifahını təhdid etməkdən qoruyur.
"Biz NATO-nu birləşdirdik və qlobal koalisiya qurduq", - Bayden sözlərinə davam edib - Biz Putinin təcavüzünə qarşı çıxdıq. Biz Ukrayna xalqını dəstəklədik”.
Ayşən
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


























.jpg)







.jpg)


