ABŞ
Dünyanın ən böyük bankı yüzlərlə əməkdaşı işdən çıxardı
Dünyanın ən böyük banklarından biri olan "JPMorgan Chase & Co" ipoteka departamentində yüzlərlə əməkdaşını işdən çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bankın sözçüsü izah edib ki, "JPMorgan" mütəmadi olaraq kadr dəyişikliyi edir və lazım gəldikdə vəzifələri ixtisar edir. Lakin bir gün əvvəl maliyyə konqlomeratı 500-dən çox bankiri işə götürmək planlarını açıqlamışdı - "JPMorgan" bu seqmentdə kadrların sayını 20 faizdən çox artırmaqla 2024-cü ilə qədər planı həyata keçirməyi planlaşdırır.
"JPMorgan"ın rəhbəri Ceymi Dimon qeyd edib ki, bankın strategiyası işçilərin artırılmasına söykənir, digər böyük ABŞ bankları isə əksinə, onları ixtisar edirlər. O vurğulayıb ki, qurum digər ölkələrdə də filiallar açmağa davam edir, bununla əlaqədar olaraq şirkət bank sektorunda daha çox işçi işə götürməlidir.
Kütləvi ixtisarlar artıq Amerikanın "Goldman Sachs" bankının üç min əməkdaşına təsir edib. İsveçrənin "Credit Suisse" bankı da işçilərini ixtisar etmək qərarına gəlib - təşkilat 2025-ci ilə qədər işçilərin 17 faizini ixtisar etməyi planlaşdırır.
Aytən Məftun
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi

























.jpg)









