ABŞ
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO

ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində iki məhbus tunel qazaraq həbsxanadan qaçarkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) qəzetinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, 37 yaşlı Con Qarza və onun kamera yoldaşı, 43 yaşlı Arli Nemo diş fırçası və evdə hazırlanmış metal alətlərdən istifadə edərək kamerasının divarını açıb və divarlar arasındakı boşluqdakı armaturları çıxarıblar.
Armaturların köməyi ilə məhbuslar səhər tezdən divarda deşik açaraq oradan çıxıblar. Qaçaqlar kameradan çıxandan sonra həbsxananın divarına dırmaşaraq gözdən itiblər. Qeyd olunur ki, onlar həbsxanadan 11 kilometr aralıda yerləşən "IHOP pancake" mağazasına gəliblər, burada iki məhbusun diqqətini çəkən şahidlər polisə zəng vurub, polis daha sonra həmin şəxsləri həbs edib.
Hüseyn İbadlı


-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR
-
Magazin113:51
Leyla Quliyeva: "Ayağıpalçıqlı, amma xoşbəxt ola bilir insan" - Foto
-
Ekologiya13:09
Mayın sonuncu gününün hava proqnozu açıqlandı