Trampı gözləyən aqibət: Barmaq izi alınacaq, fotosu çəkiləcək...
Bizi izləyin

ABŞ

Trampı gözləyən aqibət: Barmaq izi alınacaq, fotosu çəkiləcək...

ABŞ-ın Nyu-York Böyük Münsiflər Heyəti keçmiş prezident Donald Trampa qarşı ittihamları qəbul edib. Həbs ediləcəyini iddia edən Trampın, hələlik iki yolu var. Eks-prezident ya təslim olacaq, ya da müqavimət göstərəcək.

Publika.az xəbər verir ki, ittiham Ağ Ev tərəfindən təyin edilmiş Manhetten dairəsinin prokuroru Alvin Braqqın araşdırması nəticəsində irəli sürülüb.

Nyu-York Böyük Münsiflər Heyətinin ittihamları qəbul etməsi ilə Tramp ABŞ-ın mühakimə olunan ilk sabiq prezidenti olacaq.

Tramp təslim olarsa, ondan əvvəl barmaq izi alınacaq , sonra isə həbsdə fotosu çəkiləcək. Nəhayət, Trampın cinayətləri onun üzünə oxunacaq və məhkəmə prosesi başlayacaq. Seçkilərdə namizəd olacağını açıqlayan Trampın müqavimət göstərəcəyi təqdirdə, seçki kampaniyasını bu görüntülər üzərində aparacağı bildirilir.

Trampla bağlı qərar açıqlanmazdan əvvəl sosial şəbəkələrdə süni intellektlə yaradılmış fotolar yayımlanıb.

Trampın yaxın çevrəsindən gələn iddialar da onların ağzını açıq qoyub. Trampa yaxın mənbələr onun "qandallanmaq arzusu"nda olduğunu iddia edib. Məhkəməyə aparılarkən əllərinin qandallanmasını istədiyini yaxın ətrafına deyən Trampın müşavirləri onun bu məsələdə ciddi olub-olmadığını anlaya bilmədiyini bildiriblər.

Donald Trampın məqsədinin 2024-cü il seçkiləri öncəsi əli qandallı görüntü verməklə seçiciləri canlandırmaq olduğu düşünülür. Onun, məhkəmə prosesinin ədalətli olmadığını deyərək, bu şəkildə poza verərək prosesin siması olmağı hədəflədiyi də iddia edilir.

Həmçinin bildirilib ki, Trampın komandası ona “özünü təslim etməyi” təklif edib, Trampın bu tələbi rədd etdiyi və Məxfi Xidmətdən müdafiə istəmədiyi açıqlanıb.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm