ABŞ-da prezident seçkilərində o qalib gələcək: Çünki...
Bizi izləyin

ABŞ

ABŞ-da prezident seçkilərində o qalib gələcək: Çünki...

“2024-cü ilin noyabrında keçiriləcək seçkilər 2020-ci il ssenarisi üzrə bitəcək. Co Bayden qalib olacaq”

Publika.az xəbər verir ki, bunu analitik Amy Uolter ABŞ seçkiləri ilə bağlı proqnozunu verərkən deyib.

Onun fikrincə, sonuncu dəfə bir çox amerikalı Respublikaçı Donald Trampı artıq Ağ Evdə görmək istəmədiklərinə görə Baydeni seçiblər.

“Seçicilər Co Baydenin işindən məmnun olmaya bilər, lakin başqa alternativi qəbul etmirlər. Onlar elə güman edəcəklər ki, bundan başqa seçimləri yoxdur”.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Bu seçki ölkə tarixində ABŞ-ın 47-ci prezidentinin seçilə biləcəyi 60-cı prezident seçkisi olacaq.

2022-ci ildə ABŞ-ın sabiq prezidenti Donald Tramp seçki kampaniyasına başladığını elan edib. Daha sonra isə hazırkı ölkə başçısı Co Bayden namizədliyini açıqlayıb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm