Bizi şişirtməyin, işimizə müdaxilə etməyin - Çindən TƏLƏB
Bizi izləyin

ABŞ

Bizi şişirtməyin, işimizə müdaxilə etməyin - Çindən TƏLƏB

ABŞ “Çin təhlükəsi” nəzəriyyəsini şişirtməyi və Çinin daxili işlərinə qarışmağa son qoymalıdır.

Publika.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van Yi bildirib.

O, bunu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib.

Van Yi ABŞ-dan Çin təhdid nəzəriyyəsini şişirtməyə son qoymağı, Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyi, Çinin elmi və texnoloji inkişafına təzyiqi dayandırmağı və Çinin daxili işlərinə özbaşına müdaxilə etməyi tələb edib.

Qeyd edək ki, Blinken iyunun 18-də Çinin xarici işlər naziri Qin Gang ilə danışıqlar aparıb. Bu, ABŞ dövlət katibinin son beş ildə Çinə ilk səfəridir və Tayvan, ABŞ üzərində Çin şarının vurulması və davam edən bir sıra məsələlərə görə, Pekin və Vaşinqton arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi fonunda baş verir.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm