Blinkenə irad: Sərt olmaq lazımdır
Bizi izləyin

ABŞ

Blinkenə irad: Sərt olmaq lazımdır

ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri “açıq-aşkar uğursuzluqdur”.

Publika.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol bildirib.

Makkol açıqlamasında deyib ki, 11 saatlıq danışıqların və səfərə xərclənən minlərlə dolların nəticəsi yalnız "gələcəkdə yeni görüşlərin sadə vədi" olub .

Konqresmen danışıqlar zmanı Çində saxlanılan amerikalılarla bağlı məsələdə irəliləyişə nail olunmamasını qəbuledilməz hesab edir.

"Çinlə gələcək təmaslarda ABŞ dövlət katibi daha çox səy göstərməlidir" deyən Makkol əsas məsələlərdə “möhkəm və sarsılmaz” mövqe nümayiş etdirməyə çağırıb.

Xatırladaq ki, Blinken iyunun 18-19-da Pekində səfərdə olub və Çin rəhbərliyinin nümayəndələri ilə görüşüb. ABŞ prezidenti Co Bayden ABŞ və Çin arasındakı münasibətlərin “düzgün yolda” olduğunu, Çin isə əksinə, iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri münasibətlərin ən aşağı səviyyədə olduğuna diqqət çəkib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm