ABŞ-ın PKK/YPG-yə verdiyi yüz minlərlə dollarlıq silah necə oğurlanıb?
Bizi izləyin

ABŞ

ABŞ-ın PKK/YPG-yə verdiyi yüz minlərlə dollarlıq silah necə oğurlanıb?

ABŞ-ın İraq və Suriyadakı bazalarından 2020-2022-ci illər arasında yüz milyonlarla dollar dəyərində qabaqcıl hərbi texnikanın oğurlandığı üzə çıxıb. ABŞ ordusu Suriyada əməkdaşlıq etdiyi PKK/YPG-yə verdiyi silahların qeydiyyatını düzgün aparmayıb.

Publika.az xəbər verir ki, ABŞ ordusu Yaxın Şərqdə qabaqcıl və həssas silah inventarını saxlamaqda çətinlik çəkdiyini və oraya göndərilən silahların qeydlərinin aparılmasında ciddi çatışmazlıqların olduğunu bildirib.

Rəsmi qurumlarda aparılan araşdırma sənədlərinə əsaslanaraq, terror təşkilatı PKK/YPG ilə əməkdaşlıq edən ABŞ Ordusunun Suriyadakı Xüsusi Əməliyyat Müştərək Qüvvəsinin bu əməliyyatı düzgün hesablamadığı bildirilib. Terror təşkilatı üçün 715 milyon dollar dəyərində silah alınıb. Xəbərə görə, ABŞ ordusunun İraq və Suriyadakı bazalarında istifadə etmək üçün bölgəyə göndərdiyi silahlar arasında "Javelin" raketləri və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla çoxlu sayda sursat oğurlanıb və ya itib.

Xəbərdə həmçinin 2020-2022-ci illər arasında İraq və Suriyada ən azı 4 oğurluq hadisəsinin olduğu, zirehli deşici güllələr, xüsusi sahə artilleriya maşınları və avadanlıqları, dəqiqləşdirilməmiş silah sistemləri itdiyi bildirilib. Məlumatlara görə, ümumilikdə neçə oğurluq hadisəsi baş verdiyi məlum deyil.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm