Elə bilirmiş ki, ABŞ təhlükəsiz ölkədir, amma...
Bizi izləyin

ABŞ

Elə bilirmiş ki, ABŞ təhlükəsiz ölkədir, amma...

ABŞ-ın Vermont əyalətində güllələnən 3 fələstinli tələbədən birinin əmisi qardaşı oğlunun işğal altındakı İordan çayının qərb sahilindəki zorakılıqlardan qaçdığını bildirib.

Publika.az xəbər verir ki, hücumun baş verdiyi Burlinqton şəhərinin meri Miro Vaynberqer və hücumda yaralanan Hişam Avartaninin əmisi Riç Prays və Kənan Əbdülhəmidin əmisi Radi Təmimi mətbuat konfransında çıxış ediblər.

Təmimi qardaşı oğlunun ABŞ-da daha təhlükəsiz olacağını düşündüyünü və buna görə də işğal altındakı İordan çayının qərb sahilindəki zorakılıqlardan qaçaraq ABŞ-a köçdüyünü bildirib:

"Biz həmişə İordan çayının qərb sahilində yaşamağın onun təhlükəsizliyi üçün daha böyük risk yarada biləcəyini və bu səbəbdən onu bura göndərməyin düzgün qərar olacağını düşünürdük."

Hücuma reaksiya verən Təmimi bunun təsadüfi bir hərəkət olduğuna inanmaqda çətinlik çəkdiklərini deyib.

Avartaninin əmisi Prays isə üç gəncin ərəb olduqları və Fələstin mübarizəsinin simvolu halına gələn keffiyə və ya puşi kimi tanınan ağ-qara şərf taxdıqları üçün hədəf alındığını qeyd edib.

Noyabrın 25-də ABŞ-ın Vermont ştatında Fələstin əsilli 3 tələbəyə silahlı hücum edilib.

Araşdırmalardan sonra polis 48 yaşlı Ceyson İtonun saxlanıldığını açıqlayıb.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm