Aşan şam ağacı və ya yıxılan Bayden: Ağ evdə nələr  baş verir?
Bizi izləyin

ABŞ

Aşan şam ağacı və ya yıxılan Bayden: Ağ evdə nələr  baş verir?

Ağ Evin qarşısında aşan yolka bir metaforadır və ABŞ prezidenti Co Baydenin siyasətini simvolizə edir.

Publika.az xəbər verir ki, amerikalı mühafizəkarlar iqamətgahın qarşısında baş verən hadisədən sonra belə şərhlər verməyə başlayıblar.

“Milli Milad ağacı yıxılır. Co Baydenin prezidentliyinin mükəmməl təsviri”, - Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin sosial media hesabında belə yazılıb. Həmçinin mühafizəkar tok-şou aparıcısı Benni Conson ağacın yıxılmasının “çox uyğun olduğunu” yazıb.

Milli Meteoroloji Xidmətin məlumatına görə, şam ağacının aşmasına güclü külək səbəb olub.

Qeyd edək ki, son vaxtlar Co Baydenin səriştəsiz siyasəti haqqında narazılılıqlar çoxalıb. Bu yaxınlarda Ağ Evin keçmiş həkimi və konqresmen Ronni Cekson ABŞ prezidenti Co Baydenin öz vəzifələrini yerinə yetirmək iqtidarında olmadığını bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm