ABŞ
ABŞ-da Şükran Günü izdihamı: Alış-verişdə rekord qırıldı

ABŞ-da Şükran Günündən Kiber Bazar ertəsi gününə qədər 5 günlük tətil dövründə alış-veriş edən 200,4 milyon istehlakçının keçən il qeydə alınmış rekordu üstələdiyi açıqlanıb.
Publika.az xəbər verir ki, ABŞ Milli Pərakəndə Assosiasiyası (NRF) "Prosper Insights & Analytics" şirkəti ilə birgə Şükran Günü bayramı alış-verişi ilə bağlı keçirdiyi sorğunun nəticələri haqqında açıqlama verib.
NRF-nin açıqlamasında, Şükran Günündən Kiber Bazar ertəsi gününə qədər 5 günlük tətil dövründə 200,4 milyon istehlakçının alış-veriş edərək keçənilki 196,7 milyonluq rekordu üstələdiyi qeyd edilib. İstehlakçıların bayramda həm onlayn, həm də mağazadaxili alış-veriş etdiyinə diqqət çəkən açıqlamada 121,4 milyon istehlakçının fiziki mağazalara baş çəkdiyi və bu rəqəmin keçən il 122,7 milyon olduğu bildirilib.
Açıqlamada, onlayn alış-veriş edənlərin sayının keçən il 130,2 milyondan bu il 134,2 milyona yüksəldiyi vurğulanıb.
"Qara Cümə" gününün mağazaiçi alış-veriş üçün ən populyar gün olaraq qaldığı və həmin gün mağazaları ziyarət edənlərin sayının 76,2 milyona yüksəldiyi ifadə edilib.
"Qara Cümə" gününün həmçinin onlayn alış-veriş üçün də ən populyar gün olduğuna diqqət çəkilərək, bu gün təxminən 90,6 milyon istehlakçının onlayn alış-veriş etdiyi, Kiber Bazar ertəsi onlayn alış-veriş edənlərin sayının bu il 73 milyona düşdüyü bildirilib.
Diqqətə çatdırılıb ki, Şükran bayramı dövründə alıcıların ən çox alış-veriş etdikləri yerlər internet (44 %), market və supermarketlər (42 %), univermaqlar (40 %), geyim və aksesuar mağazaları (36 %) və elektronika mağazalarıdır (29 %). Açıqlamada bu dövrdə ən çox bayramla əlaqədar alış-veriş edildiyi vurğulanıb.
NRF bayram mövsümü olaraq adlandırdığı noyabrın 1-dən dekabrın 31-dək olan dövrdə bu il 957.3 milyard dollardan 966.6 milyard dollara qədər pul xərclənməsini gözləyir.
Nəzrin Cavadzadə

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək