Ağ Ev yenə də fitilə od vurdu: Qəzzada daimi atəşkəsi dəstəkləmirik
Bizi izləyin

ABŞ

Ağ Ev yenə də fitilə od vurdu: Qəzzada daimi atəşkəsi dəstəkləmirik

Ağ Ev Qəzzada qalıcı atəşkəsi dəstəkləmədiyini, lakin 7 günlük "humanitar fasilənin" 8, 9, 10 və daha çox uzadılmasını görmək istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında İsrail və HƏMAS arasındakı qarşıdurmalarda "humanitar fasilə" haqqında danışıb.

Qərbi Qüdsün girişində israillilərə qarşı silahlı hücumun Qəzzada "humanitar fasiləyə" təsir edib-etməyəcəyi sualına isə Kirbi, sözügedən şiddətin razılaşmanın uzadılmasına təsir edəcəyini düşünmədiyini bildirib.

Həmçinin Kirbi Qəzzada qalıcı atəşkəsi dəstəkləmədiyini qeyd edib:

“Qəzza xalqına daha çox qida, su, dərman və yanacaq çatdırmaq üçün son bir həftədə sahədə görülən işlərin diqqətdən kənarda qalmaması lazımdır. ABŞ İsrailə dəstəyini davam etdirəcək. Bundan əlavə Qəzzanın cənubundakı mülki əhalinin müdafiəsi və onlara zərər vurulmasının qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirləri görülməlidir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm