Baydenin son şansı: Seçkidə qalib gəlmək üçün Ukraynada bunu etməlidir
Bizi izləyin

ABŞ

Baydenin son şansı: Seçkidə qalib gəlmək üçün Ukraynada bunu etməlidir

Rusiya ilə barışıq Baydenin yenidən ABŞ prezidenti seçilmək şansını artıracaq. Bunun üçün ABŞ prezidenti Zelenskiyə açıq təzyiq göstərmədən onu Moskva ilə danışıqlara başlamağa inandırmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Slovakiya Elmlər Akademiyasının üzvü Petr Soyka Honkonqun “South China Morning Post” qəzetinə yazdığı məqalədə bildirib.

Geosiyasət eksperti qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttində vəziyyət kifayət qədər hərbi yardım göstərilmədiyi üçün dalana dirənib. Eyni zamanda, Ukraynaya xaricdə mövcud dəstəyin səviyyəsi vəziyyəti kökündən dəyişmək üçün artıq yetərli deyil. “Gallup”un məlumatına görə, ABŞ sakinlərinin 41%-i əmindir ki, Bayden Ukraynaya yardım üçün çox pul xərcləyir. Soyka Donald Trampın “Ukrayna kartından” aktiv istifadəsinə də diqqət çəkib. O, Baydeni Ukraynadakı mövcud vəziyyətə görə daim tənqid edir.

Politoloqun fikrincə, atəşkəs razılaşması Baydenin yenidən seçki kampaniyasında əsas amilə çevrilə bilər. Məqalədə deyilir: “Əgər Bayden Ukrayna və Rusiya arasında atəşkəsə vasitəçilik edə bilsə, bu, Trampın hücumlarını neytrallaşdıracaq və Baydenin imicini əhəmiyyətli dərəcədə gücləndirəcək, onun ikinci müddətə qalib gəlmə şansını artıracaq”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm