Uşaqlar arasında yayılan "sirli” xəstəliklə bağlı Baydenə xəbərdarlıq edildi: Hərəkətə keç
Bizi izləyin

ABŞ

Uşaqlar arasında yayılan "sirli” xəstəliklə bağlı Baydenə xəbərdarlıq edildi: Hərəkətə keç

ABŞ-ın 5 senatoru Çində tənəffüs yoluxucu xəstəliklərin qəfil artması səbəbindən prezident Co Baydenə xəbərdarlıq edib.

Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, senatorlar Çin ilə ABŞ arasında səyahət qadağasının tətbiqini tələb edib.

Marko Rubionun başçılıq etdiyi 5 respublikaçı senator Çində tənəffüs yoluxucu xəstəliklərlə bağlı qəfil artımdan sonra Bayden administrasiyasına məktub yazıb. Məktubda Çində uşaqlar arasında sürətlə yayılan "sirli" və "naməlum" xəstəliyə toxunaraq, "Bu yeni xəstəliyin yaratdığı təhlükələr haqqında daha çox məlumat əldə edənə qədər ABŞ və Çin arasında səyahətləri dərhal məhdudlaşdırmalıyıq" deyilir.

Məktubda həmçinin Çinin Covid-19 epidemiyası zamanı faktları gizlətdiyi xatırladılıb və bunun ABŞ-a baha başa gəldiyi vurğulanıb. Yazıda Bayden administrasiyası "Amerikalıların sağlamlığını və iqtisadiyyatını qorumaq üçün lazımi addımları atmağa" çağırılıb və yeni xəstəlik haqqında "daha çox şey bilənə qədər" həyata keçiriləcək səyahət qadağasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Maria Van Kerkhove ötən həftə mövzu ilə bağlı verdiyi açıqlamada Çində qeydə alınan xəstəlik dalğasının 2018-2019-cu illərdə Covid-19-dan əvvəl müşahidə olunan qədər yüksək olmadığını bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm