ABŞ-da müsəlmanlar birləşdirlər: Baydeni tərk et!
Bizi izləyin

ABŞ

ABŞ-da müsəlmanlar birləşdirlər: Baydeni tərk et!

ABŞ-nin bir çox ştatından olan müsəlman amerikalılar bir araya gələrək prezident Co Baydenin İsrail-HƏMAS müharibəsinə yanaşmasına qarşı “Baydeni tərk et” adlı kampaniyaya başlayıblar.

Publika.az xəbər verir ki, Miçiqan, Minnesota, Arizona, Viskonsin, Florida, Corciya, Nevada və Pensilvaniyadan təşkilatçılar bir araya gələrək, 2024-cü il prezident seçkilərində Baydenə səs verməyəcəklərini açıqlayıblar. Minnesota Universitetinin professoru Həsən Abdul Salam Respublikaçılar və Demokratlar arasında səs fərqinin kiçik olduğu "dəyişkən ştatlar" adlanan ştatlarda müsəlmanları təşkilatlandıraraq Baydenin uduzması üçün daim birlikdə çalışacaqlarını deyib.

Təşkilat liderləri respublikaçıların əsas namizədlərindən olan keçmiş prezident Donald Trampa da səs verməyəcəklərini, dəstəkləyəcəkləri namizədi seçmək üçün debatları davam etdirəcəklərini bəyan ediblər.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm