ABŞ
ABŞ İranla müharibəyə girəcək? - Ağ Evdən açıqlama gəldi

ABŞ prezidenti Co Bayden İordaniyadakı Amerika bazasına hücuma cavab olaraq İrana mümkün zərbələrlə bağlı lazım bildiyini edəcək, lakin ABŞ müharibəyə qarışmaq niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
“Ağ Ev əvvəllər dəfələrlə bəyan edib ki, o, İranla müharibə və ya Yaxın Şərq regionunda hər hansı digər silahlı münaqişəyə can atmır. Bayden də əmin edib: Birləşmiş Ştatlar “genişmiqyaslı müharibə” istəmir”, - Sallivan bildirib.
Birləşmiş Ştatlar, İordaniyadakı hərbi bazasına hücuma cavab zərbələrinin bir hissəsi olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinə və İraq və Suriyadakı əlaqəli qüvvələrə aid 85-dən çox hədəfi vurub. ABŞ-ın hədəfləri SEPAH və əlaqəli qrupların obyektləri olub.
Ötən həftə İordaniyadakı bazada olan Amerika hərbçiləri pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Pentaqonun məlumatına görə, hücum nəticəsində 3 əsgər ölüb, 40-dan çox əsgər yaralanıb. Vaşinqton baş verənlərə görə digərləri ilə yanaşı, İranı da günahlandırıb.
Tural
-
Hadisə22:14
Bakıda binada yanğın oldu, 2 nəfər tüstüdən zəhərləndi
-
Avropa21:49
Fransanın müdafiə naziri də istefa verdi
-
Magazin121:37
Azərbaycanlı aparıcının maşınından oğurluq edildi: Şüşəni sındırıblar və...
-
Nida Xəbər 19:40
Hakan Fidan Azərbaycanda səfərdədir
-
Rəsmi xronika18:40
İlham Əliyev Qəbələdə Orban ilə görüşdü - Foto/Yeniləndi
-
Nəqliyyat18:30
Bakıda 14 yolda tıxac yarandı - Siyahı
-
Nida Xəbər 15:40
Sadır Japarov Azərbaycana gəldi - FOTO
-
MDB15:28
Kremldən Putinin nəvələri ilə bağlı açıqlama: Onu necə təbrik edəcəklər?