Avropa
Makronun kədərli anları: Onun istefasından sonra Sena çayı sahilində təkbaşına... - VİDEO
Fransanın Baş naziri Sebastien Le Kornelyenin istefasından qısa müddət sonra prezident Emmanuel Makronun Parisdə Sena çayı boyunca təkbaşına, düşüncəli halda gəzdiyi anların videosu yayımlanıb.
Publika.az xəbər verir ki, bu görüntüləri BMF Televiziyası paylaşıb.
Videoda Makronun üz ifadəsinin aydın şəkildə gərgin və kədərli olduğu görünür. Fransız mediası bu kadrları, hazırda ölkə siyasətində yaranan çətin vəziyyətin simvolu kimi təqdim edir.
Hazırda baş nazir postu üçün mümkün namizədlərin yalnız müxalifət sıralarından gəlməsi vəziyyəti daha da çətinləşdirir. Parlamentdə hökumətə etimadsızlıq səsverməsinin keçirilməsi riski də gündəmdədir və bu dəfə belə bir qərarın qəbul olunma ehtimalı xeyli yüksək qiymətləndirilir.
Qeyd edək ki, cəmi bir ay əvvəl fəaliyyətə başlayan Sebastien Le Kornelye bu gün vəzifəsindən istefa verib. O, cəmi bir gün əvvəl yeni kabinetin tərkibini açıqlamışdı. Yeni hökumətdə əvvəlki baş nazir Fransua Bayrunun komandasından və Makrona yaxın şəxslərdən bir çoxu yer alırdı.
Makronun tək gəzintisi Fransada siyasi böhranın dərinləşdiyi bir vaxtda baş verir və bu görüntülər ictimaiyyətdə böyük rezonans doğurub.
(Milli.az)
-
Ekologiya22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı























.jpg)
.jpg)













