ABŞ
Tramp HƏMAS-ı tamamilə məhv etməklə HƏDƏLƏDİ
ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında hakimiyyəti ötürməkdən imtina edərsə, onun başına nə gələcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o bu barədə CNN telekanalına müsahibəsində danışıb.
Dövlət başçısı bəyan edib ki, bundan sonra HƏMAS "tamamilə məhv"lə üzləşəcək. Siyasətçi hərəkatın həqiqətən sülhə sadiq olub-olmamasının tezliklə aydınlaşacağını gözləyir. Tramp onun atəşkəs təklifinin reallığa çevriləcəyinə ümid etdiyini bildirib və buna nail olmaq üçün hər cür səy göstərdiyini vurğulayıb.
Oktyabrın 3-də Həmas Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bildirib. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
ABŞ Prezidentinin Qəzza zolağının gələcəyi və Fələstin xalqının qanuni hüquqları ilə bağlı təklifində qeyd olunan digər məsələlər “hərtərəfli Fələstin milli strukturu çərçivəsində həll olunacaq”.
Hüseyn İbadlı
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü


































.jpg)



