ABŞ-da yenidən "casus şar" şübhəsi: bu istiqamətdə uçur
Bizi izləyin

ABŞ

ABŞ-da yenidən "casus şar" şübhəsi: bu istiqamətdə uçur

ABŞ rəsmiləri ölkənin qərb bölgəsində kimə aid olduğu və məqsədi məlum olmayan yüksək hündürlükdə uçan hava şarını təsbit ediblər.

Publika.az “CBS News”-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra hərbi təyyarə tərəfindən aşkar edilən şarın təhlükə yaratmadığı qeyd edilib.

Kolorado ştatı üzərində təxminən 12 min metr yüksəklikdə uçan şarın kimə aid olduğu və hansı məqsədlə buraxıldığı hələlik məlum deyil. Şarın Corciya əyalətinə doğru şərqə hərəkət etdiyi bildirilib.

Hava şarı səlahiyyətlilər tərəfindən izlənilir.

ABŞ Müdafiə Nazirliyi keçən il də Çinin kəşfiyyat şarının Amerika materikinin üzərində uçduğunu və əyalətdəki bəzi həssas hərbi obyektlərin, o cümlədən nüvə başlıqları və uzaqmənzilli raket anbarlarının üzərindən keçdiyini aşkarlamışdı.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm