ABŞ-da son seçki sorğusu: Bayden Trampdan...
Bizi izləyin

ABŞ

ABŞ-da son seçki sorğusu: Bayden Trampdan...

Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri üçün aparılan son sorğunun nəticələrinə görə, Co Bayden Donald Trampdan 5 xal geri qalır.

Publika.az xəbər verir ki, “New York Times” və “Siena Kollec”i ilə birgə keçirilən sorğu Demokratlar Partiyası ilə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında son vəziyyəti üzə çıxarıb.

Milli sorğuya qatılan seçicilərin 43 faizi Baydenə, 48 faizi isə Trampa səs verəcəklərini deyiblər.

Respondentlərin 47 faizi Baydenin "vəzifəsini yerinə yetirmə tərzini" qəti şəkildə bəyənmədiklərini, hər 4 iştirakçıdan biri isə ölkənin yanlış istiqamətdə getdiyini düşündüyünü bildirib.

Məlumat verilib ki, 25-28 fevral tarixləri arasında ölkə səviyyəsində keçirilən sorğuda hər iki partiyadan təsadüfi seçilmiş 980 nəfər qeydiyyatdan keçmiş seçici iştirak edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm