Baydenin əvəzlənməsi an məsələsidir: onun yerinə...
Bizi izləyin

ABŞ

Baydenin əvəzlənməsi an məsələsidir: onun yerinə...

ABŞ-dakı demokratik düşərgənin nümayəndələri hazırkı prezident Co Baydeni seçki yarışından kənarlaşdırmalıdırlar.

Publika.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.

"Baydenin sonudur. Mən mərc etməyə hazıram... Onlar, yəni demokratlar onu vəzifədən uzaqlaşdırmalıdırlar və bunu edəcəklər. Yeganə sual nə vaxt edəcəkləridir. Ağıllıdırlarsa, bunu dərhal edəcəklər. Jurnalist "X" sosial şəbəkəsində yazıb. O, həmçinin əlavə edib ki, çoxlu demokratlar Baydenin “dəli” olduğunu düşünür.

Carlson əlavə edib ki, prezidentliyə namizəd Donald Tramp artıq sadəcə prezidentlik yarışının iştirakçısı deyil, “ən çox ehtimal olunan prezidentdir”.

"Bloomberg" daha əvvəl yazmışdı ki, demokratlar iyulun 21-də Baydenin prezidentliyə namizədliyini irəli sürə bilərlər. Ekspertlərin və jurnalistlərin ümumi rəyinə görə, Ağ Evin hazırkı sahibi zəif çıxış edib. İkinci turun sentyabrın 10-da keçirilməsi nəzərdə tutulub və ABC kanalında yayımlanacaq. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm