ABŞ
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
İsveçrə oktyabr ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edəcək.
Publika.az xəbər verir ki, "Report"un ABŞ bürosu xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskalya Kristin Berisvil oktyabrda Şuranın gündəmi ilə bağlı BMT-nin Nyu-Yorkdakı qərargah binasında mətbuat konfransı keçirib.
P.Paskalya bildirib ki, ay ərzində Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı İsveçrənin xarici işlər nazirinin iştirakı ilə TŞ-da açıq iclas keçiriləcək. Bununla yanaşı, Liviya, Sudan, Suriya, Haiti, Somali və Ukraynadakı son vəziyyətlərlə bağlı xarici işlər nazirləri səviyyəsində iclaslar təşkil ediləcək. Eyni zamanda, diplomat ölkəsinin baş verəcək hər hansı fövqəladə vəziyyətlə bağlı ölkələrin istəyi əsasında iclaslar keçirməyə hazır olduqlarını bildirib: "Biz İran və İsrail arasında davam edən gərginliyi yaxından izləyirik və bölgədə davam edən bu vəziyyətdən narahatıq. Ölkələrin istəyi əsasında TŞ-da bu mövzu ilə bağlı da iclas keçirilə bilər".
Səfir əlavə edib ki, ay ərzində İsveçrənin ev sahibliyi ilə qadınların sülh və təhlükəsizlik mövzusunda rolu müzakirə ediləcək və qadın haqlarının qorunmasına dair sənədlərə baxılacaq.
Son vaxtlar BMT TŞ-da islahatların vacibliyi daha çox gündəmə gətirildiyini vurğulayan səfir bu mövzunun da oktyabrın ikinci həftəsində Şuranın gündəmində olacağını vurğulayıb. Bundan əlavə, oktyabrda İsveçrənin BMT-dəki daimi nümayəndəliyinin təşkilatçılığı ilə texnologiyanın insan həyatına təsirləri mövzusunda sərginin keçirilməsi də planlaşdırılır.
-
Qoroskop00:10
Bu bürcləri maddi artım gözləyir
-
Yaxın Şərq1 Oktyabr 21:20
İran İsrailə zərbələr endirir - YENİLƏNDİ - VİDEO
-
Region1 Oktyabr 20:00
İranın birinci vitse-prezidenti Ermənistanda Paşinyanla görüşdü
-
Digər1 Oktyabr 19:39
Neft və qızıl BAHALAŞDI
-
Nəqliyyat1 Oktyabr 18:46
Bu yollarda tıxac var
-
Ekologiya1 Oktyabr 18:40
Leysan, şimşək... - Faktiki hava
-
Dünya1 Oktyabr 18:00
Ərdoğandan BMT-yə çağırış: Güc tətbiq olunmalıdır
-
Rəsmi xronika1 Oktyabr 17:02
İlham Əliyev fərman imzaladı