Pentaqon İsrailin İrana mümkün cavab zərbəsi barədə məlumat verməkdən imtina edib
Bizi izləyin

ABŞ

Pentaqon İsrailin İrana mümkün cavab zərbəsi barədə məlumat verməkdən imtina edib

Pentaqonun sözçüsü ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder ABŞ-ın İrana hipotetik cavab zərbəsində İsrailə qoşulub-qoşulmayacağı ilə bağlı açıqlama verməkdən imtina edib.

Publika.az xəbər verir ki, o, “Reuters”in YouTube-da yayımladığı jurnalistlər üçün keçirilən növbəti brifinqdə müvafiq sualı cavablandırıb.

"Mən fərziyyələr haqqında danışmayacağam. Bu məsələni müzakirə etmək üçün sizi İsrail hakimiyyətinə həvalə edərdim. (...) Dediyim kimi, biz İsraillə gələcək addımlar barədə sıx məsləhətləşmələr aparırıq" , - Rayder vurğulayıb.

Pentaqonun sözçüsü bildirib ki, ABŞ lazım gələrsə, tədbir görəcək. Rayder həmçinin qeyd edib ki, ABŞ İranın hücumundan sonra İsrailin özünümüdafiə hüququnu dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm