ABŞ
Tramp Harrisə QALİB GƏLİR: "tərəddüd edən" 7 ştatın 6-da liderdir - YENİLƏNİR

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp 230 səs toplayıb , rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisi 187 səslə qabaqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyinin proqnozunda deyilir.
Qələbə qazanmaq üçün bir namizəd cəmi 538 seçici səsindən 270-ni almalıdır.
"Fox News"un məlumatına görə, Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderliyi ələ keçirib: Corciya, Şimali Karolina, Pensilvaniya, Miçiqan, Viskonsin və Arizona. Bununla belə, Nevada bülletenlərin emalının nəticələrini hələ bilmir.
xxx
08:00
ABŞ prezidentliyinə namizəd Donald Tramp çərşənbə günü səhər saat 6:15-də ən azı 205, rəqibi Kamala Harris isə 117 səs toplayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da səsləri sayan "Fox News" telekanalı məlumat yayıb.
Bildirilib ki, Tramp artıq 20-dən çox ştatda, Harris isə 10-dan çox ştatda qalib gəlir.
Bundan öncə Trampın üç ştatda (Şimali Karolina, Viskonsin, Corciya) və Kamala Harrisin iki ştatda (Pensilvaniya, Miçiqan) lider olduğu bildirilirdi.
Bakı vaxtı ilə saat 6:32-də Trampın 178, Harrisin 99 səsi var idi.
Qələbə qazanmaq üçün namizədlər ən azı 270 seçici səsini almalıdırlar.
xxx
07:30
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçici səslərinin sayına görə rəqibi Kamala Harrisi qabaqlayır.
Publika.az xəbər verir ki, bu barədə Associated Pressin (AP) proqnozunda deyilir.
Agentliyin hesablamalarına görə, çərşənbə günü Bakı vaxtı ilə saat 4:15-ə olan məlumata görə, Tramp 19, Harris isə cəmi üç səs toplayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
-
İdman00:45
"Neftçi"nin yeni ulduzu Bakıda belə qarşılandı - VİDEO
-
Magazin100:30
Bu da Aytən Səfərovanın oğlu - FOTO
-
Səhiyyə00:15
Ürəyin yükünü azaldan YUXU MÖVQEYİ - Gecələr daxilimizdə görün nələr baş verir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Əvvəl hisslərinizi analiz edin, sonra...
-
İdman18 Oktyabr 23:00
Neymarın qızına əvvəlcə göz dəydi, sonra top - VİDEO
-
Magazin218 Oktyabr 22:36
"Yeşilçam"ın sultanını bir də belə görün - Zərafət GÖZ QAMAŞDIRIR / FOTO
-
Yaxın Şərq18 Oktyabr 21:36
Atəşkəsdən sonra dağıntılar altından 280 cəsəd çıxarıldı