ABŞ
ABŞ bu yolla Ukraynanı Rusiyanın nüvə hücumundan qorumağa çalışır

Rusiyanın 21 noyabrda Ukraynaya atdığı ballistik raketlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) narahatlığına səbəb olub.
Publika.az xəbər verir ki, hücumdan sonra ABŞ xüsusi hesabat hazırlamağa başlayıb.
Həmçinin Ukrayna xüsusi təyinatlılarının ABŞ-da nüvə hücumu təlimi aldığı da üzə çıxıb. ABŞ mərkəzli qlobal müdafiə nəşri “Defense One”ın Pentaqondan əldə etdiyi məlumata görə, təlimdən sonra ölkələrinə dönəcək ukraynalı zabitlərin Rusiyanın mümkün nüvə hücumundan sonra dəlil toplayacağı bildirilir. Bu sübut Rusiyaya beynəlxalq ictimai rəy və təşkilatlarda təzyiq göstərmək üçün istifadə olunacaq.
Ukrayna əsgərlərinin ABŞ-ın Aydaho ştatındakı Milli Laboratoriyaya Rusiyanın mümkün nüvə hücumu qarşısında müdafiə, xilasetmə və cavab tədbirləri təhsili almaq üçün getdiyi məlum olub. Təlim prosesində zabitlərdən ibarət Ukrayna hərbçilərinə nüvə qalıqlarını və mümkün nüvə hücumundan sonra qlobal ictimaiyyətə və beynəlxalq qurumlara təqdim etmək üçün dəlilləri toplamaq yolları da öyrədilib.
Pentaqondakı hərbi mənbələrdən əldə edilən məlumata görə, 20 nəfərlik rəhbər hərbçilərin Ukraynaya qayıtdıqdan sonra qurulması planlaşdırılan nüvə müdafiə bölməsinə də təlim keçməsi planlaşdırılır. Təlimdə Arqon, Kanzas Siti, Lourens Livermor, Los Alamos, Nevada milli laboratoriyalarından olan nüvə mütəxəssisləri iştirak edib və təlim ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) nəzarəti altında təşkil olunub. Təlimin maliyyələşdirilməsini isə ABŞ-ın Energetika Nazirliyi öz üzərinə götürüb.
Pentaqon rəsmiləri Ukrayna hərbi qruplarına verilən xüsusi təlimin uğurla keçdiyini vurğulasa da təlimdə kimin iştirak etdiyi təhlükəsizlik baxımından açıqlanmır. Bildirilir ki, təlim çərçivəsində Ukraynaya nüvə müharibəsini skan edən laboratoriya təyyarəsi veriləcək və Kiyevdə iki mobil komanda mərkəzi yaradılacaq.
Aysel Şahmar
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı