ABŞ
Nüvə təhlükəsi BÖYÜYÜR - ABŞ Konqresi prezidentə icazə verəcək ki...
Bir sıra amerikalı konqresmenlər ABŞ prezidentinin Konqresin icazəsi olmadan nüvə silahından istifadə etməsinin lehinə çıxış ediblər.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşr yanvarda ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatında işə başlayacaq 530 konqresmen arasında sorğu keçirib.
Bəzi respondentlər Konqresin təsdiqi olmadan başqa dövlətin kütləvi qırğın silahları ilə hücumuna cavab olaraq prezidentin qabaqlayıcı nüvə zərbəsi endirmək üçün birtərəfli hüququ ilə bağlı suala müsbət cavab veriblər.
Bundan əlavə, konqresmenlərdən ABŞ seçkilərində qalib gələn Donald Trampa belə səlahiyyətlər verilsə, nə dərəcədə rahat olacaqlarını qiymətləndirmələri də istənilib .
Demokratik Partiyasının sorğuda iştirak edən üzvləri Konqresin nüvə silahından istifadəni təsdiqləməsinin zəruriliyinin tərəfdarı olduğunu bildiriblər.
Sentyabrın 25-də Putin Rusiyanın nüvə silahından istifadə şərtlərini müəyyən etmək üçün bir sıra dəyişikliklər etməyi təklif edib. İndi hər hansı qeyri-nüvə dövləti tərəfindən, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə Rusiya Federasiyasına qarşı təcavüzün birgə hücum kimi qiymətləndirilməsi təklif edilir .
Hüseyn İbadlı
-
Art22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin120:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO















.jpg)

















