ABŞ
Tramp üç ulduzu Hollivuda xüsusi elçi təyin etdi - FOTO
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Hollivudu gün işığına çıxaracağına söz verib və üç aktyoru – Mel Gibson, Con Voight və Silvester Stalloneni Amerika kino sənayesinin paytaxtına xüsusi elçi təyin edib.
Publika.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar”, - o bildirib.
Tramp bildirib ki, aktyorlar film və televiziya istehsalının mərkəzində onun gözləri və qulaqları olacaq.
ABŞ-ın yeni lideri həmçinin onun hakimiyyəti dövründə Hollivudun qızıl dövrünün qayıdacağına əminliyini ifadə edib.
Üç aktyordan ən gənci, 2004-cü ildə “Məsihin ehtirası” adlı kult filmindəki "Nazaretli İsa" obrazı ilə tanınan Mel Gibson 69 yaşındadır. O, bu yaxınlarda Hollivudda baş verən yanğında evini itirib.
Trampın üç Hollivud ulduzundan ən böyüyü, Ancelina Colinin atası Con Voight 86 yaşındadır, lakin 2023 və 2024-cü illərdə çəkilən "A Mercy" və "Meqalopolis" filmlərində rol alaraq filmlərdə rol almağa davam edir. 1978-ci ildə aktyor "Evə qayıtmaq" filmindəki "Luke Martin" roluna görə "Oskar" alıb. 1999-cu ildə "Nuhun gəmisi" filmində də "Nuh" rolunu oynayıb..
78 yaşlı Silvestr Stallone “Rembo”, “Rokki” və “Kred” döyüş filmlərinin baş rol ifaçısı kimi tanınır. Aktyor filmlərdə də rol almağa davam edir: onun iştirakı ilə son filmi “Alarum” 16 yanvar 2025-ci ildə ekranlara çıxıb.
Hüseyn İbadlı
-
Hadisə22:12Generalın yerinə təyin edilən Arzu Yusifova İŞDƏN ÇIXARILDI
-
Region22:00Türkiyədə zəlzələ baş verdi
-
Cənubi Qafqaz20:36Ermənistanda qumbara partladı - Ölənlər var
-
Magazin119:36Gəlinini səhnədə təbrik etdi - VİDEO
-
Elm və təhsil18:48Sevinc Həsənova vəzifəsindən AZAD EDİLDİ
-
ABŞ18:24Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda













.jpg)























