ABŞ
Bayden gedər ayaqda Putinə “ilişdi” - Kiyevi tutsaydı, bunu edəcəkdi, bacarmadı
ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumda böyük ərazi uğurlarına nail ola bilməyib.
Publika.az xəbər verir ki, Bayden Virciniyadakı Myer Hernderson bazasında Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən onun üçün təşkil edilən hərbi vida mərasimində iştirak edib.
Buradakı çıxışında Bayden ABŞ ordusunun dünya tarixinin ən böyük döyüş qüvvəsi olduğunu diqqətə çatdırıb:
“Əfqanıstandan Ukraynaya və Yaxın Şərqə qədər dünyanın müxtəlif yerlərində xidmət edən əsgərlərə təşəkkür edirəm. İndi demək olar ki, üç il ərzində Putin Kiyevi ələ keçirə, böyük ərazi uğurları qazana və NATO-nu parçalaya bilmədi.
Finlandiya və İsveç də bu prosesdə NATO-ya üzv oldu. ABŞ əsgərləri Yaxın Şərqə yerləşdirildi. Dünən İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəsdən qürur duyuram. Administrasiya buna nail olmaq üçün səkkiz ay fasiləsiz səy göstərib. Mənim arxamda duran sizə və bir çoxlarına təşəkkür edirəm”.
Aysel Şahmar
-
Magazin220:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır
-
Sosial14:36Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi
-
Sosial14:06Nigar Köçərli “Bona Dea”da dəhşət yaşadı: "Ağrıdan huşumu itirdim, ayılanda yalvardım ki..."








.jpg)



























