ABŞ
Tramp Putinin həbsinə order verən prokuroru BELƏ CƏZALANDIRDI - FOTO
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ABŞ sanksiyalarına məruz qalan ilk şəxs olub.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, bu, ABŞ liderinin tətbiq etdiyi iqtisadi məhdudiyyətlər və səyahət sanksiyalarına aiddir. Məhdudiyyətlər ABŞ vətəndaşlarını və ya onların müttəfiqlərini araşdıran hərbi cinayətlər tribunalına qarşı aparılan repressiyaların bir hissəsi kimi tətbiq edilib.
Fevralın 6-da Tramp ABŞ, İsrail və digər Vaşinqton müttəfiqlərinin vətəndaşlarını tənqid və təqib etdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə və viza sanksiyaları tətbiq edib.
2025-ci il yanvarın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsinə cavab olaraq Haaqadakı BCM rəsmilərinə sanksiya tətbiq edən qanun layihəsini qəbul edib.
Hüseyn İbadlı
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
















.jpg)















