ABŞ
Maskdan ŞOK AÇIQLAMA: "Mənə qarşı sui-qəsd hazırlanıb"
"SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri rəhbəri İlon Mask ona qarşı sui-qəsdin hazırlandığını istisna etməyib.
Publika.az xəbər verir ki, milyardermu bu barədə "Fox News" telekanalında bildirib.
Mask, DOGE-nin hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırdığını, buna görə də insanların onu aradan götürmək istədiyini söyləyib.
“Belə çıxır ki, insanların dələduzluq yolu ilə əldə etdikləri pulları götürəndə çox əsəbləşirlər”, o əlavə edib.
Martın 9-da ABŞ-da "Tesla"nın elektrik avtomobillərinə və əmlakına qarşı ən azı onlarla vandalizm aktının baş verdiyi bildirildi. Xüsusilə, Kolorado ştatında 40 yaşlı qadın diler mağazasında dayanan “Cybertruck” elektrik avtomobilinə molotof kokteyli olan butulka atıb. Bundan sonra o, daha dörd dəfə mərkəzi yandırmağa cəhd edib.
Daha sonra Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası "Tesla" avtomobillərinə və dilerlərə vandalizmlə məşğul olanlara qarşı ən sərt tədbirlər görmək niyyətindədir.
"Səlahiyyətlilər artıq bir sıra insidentləri araşdırır və onları terror aktı kimi təsnif edir", - o əlavə edib.
Hüseyn İbadlı
-
Hadisə23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir



































