ABŞ hökumət işçilərinə bu ölkədən olan qadınlarla görüşmək QADAĞAN EDİLDİ
Bizi izləyin

ABŞ

ABŞ hökumət işçilərinə bu ölkədən olan qadınlarla görüşmək QADAĞAN EDİLDİ

ABŞ hökumət işçilərinə bu ölkədən olan qadınlarla görüşmək QADAĞAN EDİLDİ

Çində çalışan Amerika hökuməti işçilərinə Çin vətəndaşları ilə hər hansı romantik və ya cinsi əlaqədə olmaq qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə dörd məlumatlı mənbəyə istinadən "Associated Press" (AP) məlumat yayıb.

Yeni siyasət Pekindəki səfirlik və Quançjou, Şanxay, Şenyanq və Uhandakı konsulluqlar, habelə Honq-Konqun yarı muxtar ərazisindəki ABŞ konsulluğu da daxil olmaqla, ABŞ-ın materik Çindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarına şamil edilir. Qayda Çində xidmət edən diplomatların ailə üzvlərinə də aiddir.

Artıq Çin vətəndaşları ilə şəxsi əlaqələri olan Amerika diplomatlarından ya bu əlaqələri kəsmələri, ya da işlərindən istefa vermələri istənilib.

"Qaydalar bu ilin yanvarında ABŞ-ın Çindəki səfiri tərəfindən qüvvəyə minib", - mənbələr bildiriblər. Üstəlik, bu, Donald Trampın rəsmi inauqurasiyasından əvvəl də baş verib.

AP-nin qeyd etdiyi kimi, bəzi ABŞ agentlikləri artıq bu cür əlaqələrlə bağlı ciddi qaydalara malik olsalar da, Soyuq Müharibədən bəri ümumi “qardaşlaşmaq” siyasəti mövcud deyildi. Buna görə də, son onilliklər ərzində başqa ölkələrdəki amerikalı diplomatların yerli sakinlərlə münasibət qurması və hətta onlarla ailə qurması halları çox olub.

Keçən yay ABŞ konqresmenlərinin Amerikanın Çindəki səfiri ilə söhbətində çinlilərlə diplomatik münasibətlərin potensial riskləri ilə bağlı narahatlıqlarını ifadə etdikdən sonra “qardaşlaşma siyasəti” tədricən bərpa olunmağa başlayıb. Təlimatları ilk alanlar ABŞ-ın Çindəki diplomatik nümayəndəliklərindəki mühafizəçilər və digər yardımçı şəxslər olub. İndi bu qayda qeyd olunan qurumların bütün işçilərinə və onların ailə üzvlərinə şamil edilir.

AP qeyd edir ki, dünya üzrə kəşfiyyat agentlikləri uzun müddətdir ki, digər ölkələrin dövlət rəsmilərindən həssas məlumatlar əldə etmək üçün cəlbedici kişi və qadınlardan istifadə edirlər. Məhz buna görə də Dövlət Departamenti və Çində, Rusiyada, Kubada və digər qeyri-dost ölkələrdə ofisləri olan ABŞ-ın digər dövlət qurumları uzun müddətdir ki, belə idarələrin əməkdaşlarından yerli sakinlərlə şəxsi münasibətləri barədə ciddi hesabat vermələrini tələb ediblər. Lakin Soyuq Müharibə bitdikdən sonra açıq qadağa tətbiq edilməyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm