Maskla bağlı xəbərlər gündəmdən düşmür: “Trampın sirdaşı” olaraq qalacaq?
Bizi izləyin

ABŞ

Maskla bağlı xəbərlər gündəmdən düşmür: “Trampın sirdaşı” olaraq qalacaq?

Maskla bağlı xəbərlər gündəmdən düşmür: “Trampın sirdaşı” olaraq qalacaq?

Amerikalı milyarder İlon Mask prezident Donald Trampın müvəqqəti müşaviri kimi 130 günlük səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ hökumətindəki vəzifəsindən istefa verə bilər.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi mənbələrə istinadən yazıb.

“Məsələ ilə yaxından tanış olan insanların fikrincə, prezident Donald Trampın müvəqqəti müşaviri kimi 130 günlük səlahiyyət müddəti başa çatdıqdan sonra İlon Maskın Hökumətin Effektivliyi İdarəsinin rəhbəri vəzifəsini tərk edəcəyi gözlənilir. Əgər həmin günlər Trampın andiçmə mərasimindən ardıcıl olaraq hesablansa, Maskın səlahiyyət müddəti mayın 30-da başa çatacaq”, - deyə "Bloomberg"də qeyd olunub.

Mənbələr bildirib ki, bununla belə, hələ heç bir rəsmi tarix təyin edilməyib və Ağ Ev Maskın 130 gününü nə vaxt başa vuracağını müəyyənləşdirməlidir.

Həmçinin qeyd olunur ki, Mask hələ də ABŞ-ın büdcə xərclərinin azaldılmasına əhəmiyyətli təsir göstərəcək və rəsmi gedişindən sonra “Trampın sirdaşı” olaraq qalacaq.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens də Maskın ABŞ hökumətində prezident Donald Trampın müşaviri vəzifəsini qoruyub saxlayacağını, nəzarətsiz amerikan bürokratiyasına qarşı mübarizədə iş adamının rolunun hələ bitmədiyini bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm