ABŞ
ABŞ viza şərtlərini dəyişdi
ABŞ hakimiyyəti F, M ve J növ viza alacaq şəxslərin sosial media hesablarının ‘hər kəsə açıq’ hala gətirilməsi şərtini qoyub.
Publika.az xəbər verir ki, məlumat ABŞ-ın Türkiyədəki səfirliyinin sosial media hesabında paylaşılıb.
Bunun viza yoxlaması prosesində yeni təhlükəsizlik prosedurlarından biri olduğu bildirilir.
Dövlət Departamentinin açıqlamasında belə qeyd olunub: ABŞ vizası hüquq deyil, imtiyazdır.
* Yeni təlimatlara əsasən, F, M və J qeyri-miqrant vizaları üçün müraciət edən bütün tələbə və mübadilə proqramına müraciət edənlər, onların onlayn fəaliyyəti də daxil olmaqla ətraflı yoxlamadan keçəcək.
* Yoxlamanı asanlaşdırmaq üçün F, M və J vizaları üçün bütün müraciət edənlərə məlumat veriləcək ki, onlar sosial media profillərində məxfilik parametrlərini “hamıya açıq” olaraq təyin etməlidirlər.
* Xaricdəki nümayəndəliklər tezliklə F, M və J vizaları üçün müraciətlərin qəbulunu bərpa edəcəklər.
* Hər viza qərarı həm də milli təhlükəsizlik qərarıdır. Viza verilmə müddətində müraciət edən şəxslər amerikalılara və ya Amerikanın milli maraqlarına xələl gətirmək niyyətində olmadıqlarına əmin etmək və müraciət etdikləri viza növü ilə ölkəyə daxil olmaq məqsədlərini inandırıcı şəkildə sübut etməlidirlər.
(Teleqraf)
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
-
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
-
Magazin202:12Bu da Ancelina Colinin qızı - FOTO
-
ABŞ01:41ABŞ Ay yarışında Çinə uduza bilər
-
Region00:45ABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Maliyyədə gizli imkanlar üzə çıxa bilər
-
Hadisə00:00Bakıda evdə güclü yanğın - Mənzil sahibinin meyiti tapıldı
-
Magazin128 Aprel 23:48Xalq artisti hər kəsi kövrəltdi - VİDEO





























.png)




