Avropa liderləri Ağ Evə toplaşdı - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

ABŞ

Avropa liderləri Ağ Evə toplaşdı - VİDEO/YENİLƏNDİ

Fransa Prezidenti Emmanuel Makron da Ağ Evə gəlib. Almaniya kansleri Fridrix Merz, Finlandiya prezidenti Aleksandr Stubb da artıq Ağ Evdədir.

***

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşünə dəqiqələr qalıb. Görüş bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Publika.az xəbər verir ki, artıq Avropa liderləri Ağ Evə gəlməyə başlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, NATO-nun Baş katibi Mark Rutte, ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və İtaliyanın Baş naziri Corcia Meloni artıq Ağ Evdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm