Dünya
Canavar dörd aylıq körpəni PARÇALADI
Hindistanda canavar yuxuda olan bir qadının körpəsini götürüb apararaq parçalayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Indian Express" nəşri Meşə Departamentinin əməkdaşına istinadla məlumat yayıb.
Məlumata görə, yırtıcı gecə Uttar-Pradeş ştatının Mallaxanpurva kəndinə girib, evə daxil olaraq anasının yanında yatan dörd aylıq körpəni götürüb qaçıb. Qadın oyanaraq heyvanın uşağı ağzında aparmasını görüb. Səhər isə kənddən bir kilometr məsafədə, şəkər qamışı plantasiyasında körpənin qalıqları tapılıb.
Nəşrin məlumatına görə, bu hadisə Hindistanın Kayzerganj dairəsində son 10 gündə baş verən dördüncü hücumdur. Yerli hakimiyyətin açıqlamasına əsasən, son üç ayda canavarların hücumundan 48 nəfər zərər çəkib, onlardan 10-u ölüb.
Hüseyn İbadlı
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü













.jpg)




















