ABŞ
Tramp Meksikanı hədələdi
ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı müqaviləsini pozması səbəbindən ona qarşı 5% həcmində rüsum tətbiq edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"Hazırda Meksika (ABŞ-ın sorğularına - red.) cavab vermir və bu, zəruri suya ehtiyacı olan amerikalı fermerlərə qarşı ədalətsizlikdir. Buna görə də əgər bu su dərhal təmin olunmazsa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam", - deyə Tramp bildirib.
Xatırladaq ki, 1944-cü ildə bağlanmış müqaviləyə əsasən, Meksika hər beş ildən bir ABŞ-a Rio-Qrande çayının hövzəsindən təxminən 2,2 milyard kubmetr su ötürməyi, ABŞ isə əvəzində Kolorado çayından 1,8 milyard kubmetr suyu Meksikaya yönəltməyi öhdəsinə götürüb.
Ancaq Meksika özü də quraqlıqdan əziyyət çəkdiyi üçün müqavilənin şərtlərini onilliklər boyu pozub.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi











.jpg)




















.jpg)





