ABŞ
Tramp və Mask vida mərasimində əl sıxdılar - Sonda yumruq atıldı

ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask siyasətçi Çarli Kirkin anım mərasimi başlayanda Arizona ştatındakı Dövlət Farm Arenasında yan-yana oturublar.
Publika.az xəbər verir ki, tədbir "NBC News" tərəfindən canlı yayımlanıb.
Stadiondan yayımlanan görüntülərdə müdafiə naziri Pit Heqsetin çıxışı zamanı siyasətçi və iş adamının canlı söhbət etdikləri əks olunub. Daha sonra Tramp əlini həmsöhbətinə uzadıb. Mask əl sıxıb və gedib. Prezident onun kürəyinə sonda bir yumruq vurub.
Kütləvi informasiya vasitələri qeyd ediblər ki, Mask və Trampın söhbəti dostluq xarakteri daşıyır və milyarderin may ayında prezident administrasiyası ilə əsas büdcə siyasəti məsələləri ilə bağlı fikir ayrılıqları fonunda ABŞ hökumətindən istefa verdikdən sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısında çıxışları olub.
Hüseyn İbadlı

-
Hadisə03:43
Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNDİ
-
Region03:13
Türkiyədə güclü zəlzələ oldu
-
Ekologiya02:00
İlin son Günəş tutulması başa çatdı - YENİLƏNDİ
-
Kriminal00:45
Tovuz sakini döyülərək öldürüldü - Saxlanılan var
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz dəyişikliklər ola bilər
-
Magazin221 Sentyabr 22:48
Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR
-
İdman21 Sentyabr 20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya21 Sentyabr 20:24
Ordubada 19 sm qar yağdı - VİDEO