Dünya
Kim Çen In nüvəsizləşdirməni RƏDD ETDİ

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In denuklearizasiya çağırışlarını respublikanın suverenliyinə və konstitusiya quruluşuna hücum kimi qiymətləndirərək, ölkəsinin nüvə silahından əl çəkməyəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"İndi də Amerikanın nüvəsizləşdirmə mantrasını dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozur", - Kim Çen In vurğulayıb.
O qeyd edib ki, KXDR-in nüvə statusu ölkənin əsas qanununda təsbit edilib və bununla da “qeyri-konstitusiya aktı” törətmək və nüvəsizləşdirməni davam etdirmək mümkün deyil.
Şimali Koreya lideri Seulun nüvəsizləşdirmə müqabilində sanksiyaları qismən ləğv etmək təklifini də rədd edib.
"Sanksiyaları qaldırın? Olmaz!" - o, Cənubi Koreyanın yeni administrasiyasının təşəbbüslərini şərh edərkən deyib.
Kim Çen In hesab edir ki, Seulun “mərhələ-mərhələ nüvəsizləşdirilməsi” ideyası dialoqun əsaslarını sarsıdır.
“Biz nüvə silahından əl çəkməyəcəyik”, - Şimali Koreyanın baş naziri yekunlaşdırıb.

-
Magazin106:16
Azərbaycanla Ermənistandan bir-birinə 10 XAL - VİDEO
-
Hadisə03:43
Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNDİ
-
Region03:13
Türkiyədə güclü zəlzələ oldu
-
Ekologiya02:00
İlin son Günəş tutulması başa çatdı - YENİLƏNDİ
-
Kriminal00:45
Tovuz sakini döyülərək öldürüldü - Saxlanılan var
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz dəyişikliklər ola bilər
-
Magazin221 Sentyabr 22:48
Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR
-
İdman21 Sentyabr 20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”