Tramp Ukrayna üçün YAŞIL İŞIQ YANDIRDI - “Qoy onlar öz torpaqlarını geri alsınlar”
Bizi izləyin

ABŞ

Tramp Ukrayna üçün YAŞIL İŞIQ YANDIRDI - “Qoy onlar öz torpaqlarını geri alsınlar”

"Ukrayna öz ərazilərini geri almağa çalışmalıdır".

Publika.az Strana.ua-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.

"Bu, çox acınacaqlı vəziyyətdir. Əksəriyyətiniz mənim yaxın zamanda verdiyim bəyanatı görmüsünüz. Mən bunu həqiqətən belə hiss edirəm. Qoy onlar öz torpaqlarını geri alsınlar. Baxaq, hər şey necə inkişaf edəcək", - Tramp deyib.

Sentyabrın 23-də ABŞ Prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb, bundan sonra o, Rusiyanı sərt tənqid edib və Ukraynanı “hərəkət etməyə” çağırıb.

Onun sözlərinə görə, Avropa İttifaqının dəstəyi ilə Kiyev əsl sərhədlərini bərpa edə biləcək. Tramp bunu hərbi və iqtisadi vəziyyəti öyrəndikdən və başa düşdükdən sonra anladığını bildirib.

O, həmçinin Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətinin Ukrayna münaqişəsinin həllinə kömək etmədiyindən şikayətlənib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm