Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Bizi izləyin

ABŞ

Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünün "əla keçdiyini" deyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

Qeyd edilib ki, Tramp administrasiyasının Qərb qanadını tərk etdikdən sonra mediaya açıqlamasında Ərdoğanla üz-üzə görüşlərinin “əla keçdiyini” bildirib. İki lider arasında görüş iki saatdan bir qədər çox davam edib.

Amerika lideri Ağ Evdə görüş zamanı türkiyəli həmkarını “sərt” və “son dərəcə özünə əmin” adlandırıb. Tramp belə insanları bəyənməməsinə baxmayaraq, Ərdoğanı bəyəndiyini vurğulayıb.

Bundan əlavə, görüş zamanı Tramp “ölkəyə nəfəs almaq şansı vermək” üçün Ərdoğanın, eləcə də Səudiyyə Ərəbistanı və Qətər hakimiyyətinin tələbi ilə Suriyaya qarşı sanksiyaları ləğv etdiyini bildirib .

Xatırladaq ki, bundan öncə Amerika lideri Türkiyəyə qarşı sanksiyaları “dərhal” ləğv etməyə hazır olduğunu bəyan edib. Trampın fikrincə, bu, Ağ Evdə türkiyəli həmkarı ilə danışıqlar uğurla nəticələnərsə, çox tezliklə baş verə bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm