ABŞ
Tramp müdəfiə nazirinə ƏMR ETDİ: Bu şəhəri qoruyun"

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə müharibədən zərər çəkmiş Portlend və mühasirəyə alınmış ICE obyektlərini Antifa və digər terrorçuların hücumlarından qorumaq üçün bütün lazımi tədbirləri təmin etməyi tapşırıb.
Publika.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.
Ağ Ev rəhbəri bu məqsədə çatmaq üçün lazım gələrsə, bütün gücdən istifadə etməyə icazə verdiyini açıqlayıb.
Bu həftə Tramp ABŞ-da “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyan fərman imzalayıb. Sənəddə qeyd olunur ki, bu qərar hərəkatın siyasi zorakılıq modelindən istifadə edərək siyasi fəallığı boğması və hüquq qaydasını pozması ilə əsaslandırılıb.
“Antifa” hüquqi şəxs və ya rəsmi təşkilat deyil. Bu termin adətən anarxist baxışlara sahib olan insanları ifadə etmək üçün istifadə olunur.
Hüseyn İbadlı

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik anlar yaşaya bilərsiniz
-
Region27 Sentyabr 22:48
CHP-nin Qadın təşkilatının sədri ƏRİNİ BIÇAQLADI
-
Cənubi Qafqaz27 Sentyabr 22:36
Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı - VİDEO
-
ABŞ27 Sentyabr 21:24
Lavrovdan qərbə ŞOK HƏDƏ: "Elə şəxslər var ki..."
-
Magazin227 Sentyabr 21:12
“Mübariz İbrahimovu canlandırmaqdan qürur duyaram”
-
İdman27 Sentyabr 20:36
Qərarını verdi: Karyerasını “Barselona”da bitirmək istəyir
-
Region27 Sentyabr 20:00
Ankarada Yuri Qaqarinin abidəsi ucaldılacaq, Moskvada isə...
-
Nəqliyyat27 Sentyabr 18:30
Bu şəhərdə 22 avtobus marşrutu fəaliyyətə başlayır - FOTO