220 milyon dollardan çox dəyəri olan kokain ələ keçirildi
Bizi izləyin

ABŞ

220 milyon dollardan çox dəyəri olan kokain ələ keçirildi

ABŞ Sahil Mühafizəsinin keçirdiyi əməliyyatlar nəticəsində 220 milyon dollardan çox dəyəri olan 13,5 ton kokain müsadirə edilib.

Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, reydlər avqust və sentyabr aylarında Meksika, Mərkəzi Amerika və Cənubi Amerika sahillərindəki sularda həyata keçirilib.

ABŞ hüquq-mühafizə orqanları yanan gəminin fotosunu yayıb. Bununla belə, kanal vurğulayır ki, gəminin necə alovlandığı və ya göyərtəsində kiminsə olub-olmadığı hələ də aydın deyil.

Qeyd edək ki, bundan əvvəl - iyunun 26-dan avqustun 18-dək ABŞ Sahil Mühafizəsi Karib dənizi və Şərqi Sakit Okeanda əməliyyat keçirərək narkotik daşıyan 19 gəmini ələ keçirib. Müsadirə edilən kokainin ümumi miqdarı 28 ton, marixuananın miqdarı isə 6,3 ton təşkil edib. Müsadirə edilən narkotiklərin ümumi satış qiyməti isə 473 milyon dollar olaraq qiymətləndirilib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm