ABŞ
Yeni müharibənin İLK QIĞILCIMI - ABŞ-ın təyyarədaşıyan gəmisi SƏRHƏDİ KEÇDİ
"USS Gerald R. Ford" adlı aviadaşıyıcı ABŞ-ın Cənub Komandanlığının (USSOUTHCOM) məsuliyyət zonasına daxil olub. Bu zona Latın Amerikasını və Karib hövzəsini əhatə edir.
Publika.az "Navy Times"a istinadla xəbər verir ki, məlumatı ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.
Pentaqon 24 oktyabrda bildirmişdi ki, aviadaşıyıcı və onun zərbə qrupu narkotiklərlə mübarizə səylərini dəstəkləmək məqsədilə regiona göndərilir.
“Amerika qüvvələrinin USSOUTHCOM məsuliyyət zonasında genişləndirilmiş iştirakı, ABŞ-ın qanunsuz fəaliyyətlə məşğul olan subyektləri aşkarlamaq, izləmək və qarşısını almaq imkanlarını artıracaq. Bu fəaliyyətlər ABŞ ərazisinin təhlükəsizliyi və rifahını, eləcə də Qərb yarımkürəsindəki sabitliyimizi təhdid edir”, – deyə Pentaqonun baş nümayəndəsi Şon Parnell bildirib.
Aviadaşıyıcı, hazırda USSOUTHCOM zonasındakı səkkiz digər ABŞ hərbi gəmisi ilə birlikdə fəaliyyət göstərir: "Iwo Jima", "Fort Lauderdale", "San Antonio", "Lake Erie", "Jason Dunham", "Gravely", "Stockdale" və "Wichita". Bu səkkiz gəmidə ümumilikdə təxminən 6000 nəfərlik şəxsi heyət var.
"Gerald R. Ford" aviadaşıyıcısının zərbə qrupuna gəminin səkkizinci hava qanadının doqquz eskadrilyası, idarəolunan raket silahları ilə təchiz edilmiş "Bainbridge" və "Mahan" esminesləri, eləcə də "Winston S. Churchill" raketdən müdafiə komanda gəmisi daxildir.
Noyabrın əvvəlində "Bloomberg" yazmışdı ki, ABŞ təxminən 15 noyabr tarixindən etibarən, "Gerald R. Ford" aviadaşıyıcısının Atlantikanı keçməsi ilə, Venesuelaya qarşı hərbi kampaniyaya başlaya bilər.
Hüseyn İbadlı
-
Sosial20:48Bəzi işçilərə ödənişli məzuniyyət verilməsi MƏCBURİ OLACAQ
-
İdman20:00"Qarabağ–Ayaks" matçına qanunsuz bilet satanlar SAXLANILDI - VİDEO
-
İKT19:36Rövşən Məmmədov bu xanıma YÜKSƏK VƏZİFƏ VERDİ
-
Hadisə19:12Bakıda partlayışın baş verdiyi villa vəzifəli şəxsin qardaşının imiş - FOTO
-
Sosial19:00Aydın Ələkbərov qəfil vəfat etdi - FOTO
-
İdman18:30“Qarabağ”ın daha bir futbolçusu “Flamenqo”ya transfer olunur? - AÇIQLAMA
-
Nida Xəbər 18:20Leyla Əliyeva Ərdoğanın qızı ilə bir arada - FOTOLAR
-
İdman18:12Mateus Silvadan matç öncəsi AÇIQLAMA: “Bizi çox ciddi oyun gözləyir”




























.jpg)







