ABŞ
Trampın 2000 dollarlıq vədinə SİYASİ ƏNGƏL - Vətəndaşların ümidi puç ola bilər
"ABŞ Prezidenti Donald Trampın az təminatlılara gömrük rüsumlarından dividendlər kimi 2 min dollar ödəmə vədi Konqreslə razılaşdırılmalıdır".
Publika.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett etiraf edib.
“Bu, qanunvericilik qərarları tələb edəcək”, - deyə Hassett bildirib.
O qeyd edib ki, gömrük rüsumları tətbiq edildikdən sonra büdcədə lazım olan vəsait tapılacaq.
“Bu çekləri ödəmək və büdcəyə müdaxilə etməmək üçün kifayət qədər imkan olacaq”, - deyə Ağ Ev əməkdaşı əlavə edib.
Hassett administrasiyanın bu məsələ ilə bağlı Konqreslə əməkdaşlıq edib-etməyəcəyini dəqiqləşdirməyib, lakin Ağ Evdə bu imkanın fəal şəkildə araşdırıldığını təsdiqləyib.
9 noyabrda Tramp bəyan edib ki, idxaldan rüsumların yığılması ABŞ-ın 37 trilyon dollara çatan dövlət borcunu ödəməyə imkan verəcək. Bundan əlavə, o, bütün az təminatlı vətəndaşlara ödəniş vəd edib. ABŞ liderinin sözlərinə görə, ödənişlər və dövlət borcunun azaldılması xarici ölkələrdən ABŞ-a daxil olan böyük tarif gəlirləri hesabına mümkündür.
Bundan əvvəl Tramp, hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda bütün vəsaitlərin hərbçilərin maaşlarına yönəldilməsini tapşırmışdı.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

































