ABŞ
Ceff Bezosun şirkəti Marsa raket buraxdı
"Amazon"un qurucusu Ceff Bezosa məxsus olan "Blue Origin" aerokosmik şirkəti, "New Glenn" raketini Marsa göndərib.
Publika.az xəbər verir ki, raketin buraxılma anı şirkətin X sosial media səhifəsində canlı yayımlanıb.
Əvvəlcə raketin startı yerli vaxtla saat 14:57-yə (Bakı vaxtı ilə 23:57) təyin olunmuşdu, lakin son saniyələrdə Floridadakı Kanaveral burnundan buraxılış dayandırılıb. Buraxılış yalnız bir saat sonra - saat 15:55-də (Bakı vaxtı ilə 00:55) həyata keçirildib.
Noyabrın 12-də "Blue Origin" raketin buraxılışını Günəşin yüksək aktivliyi səbəbindən təxirə salmışdı. Bu qərar, missiya çərçivəsində orbitə çıxarılmalı olan "Escapade" kosmik aparatlarına günəş radiasiyasının potensial təsirinə görə qəbul olunmuşdu.
Noyabrın 10-da isə "Blue Origin" Kanaveral burnundakı kosmodromdan "New Glenn" raketinin startını əlverişsiz hava şəraiti, xüsusilə buludluluq səbəbindən ləğv etmişdi.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

































