ABŞ
Saxta peyğəmbər "şeytan" adlandırdığı qadını YANDIRDI
Amerikanın Tennessi ştatında dəhşətli bir cinayət baş verib.
Publika.az "People"yə istinadla xəbər verir ki, 39 yaşlı Kristofer Medula 58 yaşlı Anjela Palasionun üzərinə benzin tökərək yandırıb.
Cinayətkar öz günahını tam etiraf edib.
Qurbanın bədəninin demək olar ki, 100%-i yanıb və helikopterlə xəstəxanaya çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb. O, ölməzdən əvvəl polisə “Bunu Kris etdi” deməyi bacarıb.
Mərhumun qonşusu Stiv Ellis hadisənin şahidi olub: O, Palasionun Medula qapını bağladıqdan sonra yanan furgondan çıxmağa çalışdığını görüb. Şahid cinayətkarı izləyərək onu silahsızlaşdırıb və polis gələnədək nəzarətdə saxlayıb.
Hüquq-mühafizə orqanlarını gözləyərkən Medula “Mən bunu etməli idim”, “O, dünyanı zəhərlədi”, “O şeytandır” və “Mən İsayam” sözlərini təkrarlayıb.
Faciəyə görə məsuliyyət daşıyan şəxs əvvəllər də zorakılıq, məişət zorakılığı və təhlükəli vəziyyətlər yaratmaqda ittiham olunub.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

































