ABŞ
ABŞ-da “qaranlıq və faciəli gün” - Ölənlər var
Nyu-Yorkun Nyuark şəhərində kütləvi atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Ərazidə yaşayan sakinlər mətbuata bildiriblər ki, onlar həmin axşam bir neçə atəş səsi, ardınca isə qışqırıq səsləri eşidiblər. Polis yaxınlıqdakı yaşayış binalarından birinə girişi kəsib. Polisin məlumatına görə, atışma Kansler prospektinin 300-cü məhəlləsində baş verib. Hadisə yerində ən azı 17 mərmi gilizləri aşkar edilib. Müstəntiqlər və əməliyyatçılar bir gecədə bitişik yaşayış massivində axtarış aparıblar.
Essex County Prokurorluğunun məlumatına görə, 10 yaşlı oğlan və 21 yaşlı qadın da hücumun qurbanı olub. Onlar Universitet Xəstəxanasına çatdırılsalar da, həkimlər onları xilas edə bilməyib. 11 yaşlı oğlan və 19 və 60 yaşlı iki kişi də yaralanıb. Vəziyyətləri stabildir.
Nyuark meri Ras Baraka atışmanı şəhər üçün “qaranlıq və faciəli gün” adlandırıb. O qeyd edib ki, şəhər rəsmiləri həlak olanlara yas tutur və bütün səviyyələrdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək ədalətin bərqərar olmasına sadiqdirlər. O, həmçinin atəş açan şəxsi təslim olmağa çağırıb.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































